Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi

17 may 2024, 19:38
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi

Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verdi.

“Azercell” ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak etdi. Həftə zamanı mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə seçilmiş 10 tələbə “Azercell”in yay təcrübə proqramına qatılmaq imkanı əldə etdi. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.

“Azercell”in Karyera Hazırlığı Həftəsində iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir. Hər il onlarla gənc “Azercell”in inkişaf proqramında təcrübə keçir. Lider mobil operator tələbələrin telekommunikasiya sektorunda bacarıqlarını inkişaf etdirir və onlara gələcək karyeralarında kömək edəcək dəyərli təcrübə qazandırır.