Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

ASK-nın Turizm və xidmət üzrə iş komissiyasının sədri Samsunda keçirilən İkiztəpə Sağlamlıq Zirvəsində çıxış etdi

16 may 2024, 14:32
ASK-nın Turizm və xidmət üzrə iş komissiyasının sədri Samsunda keçirilən İkiztəpə Sağlamlıq Zirvəsində çıxış etdi

ASK-nın Turizm Və Xidmət üzrə Iş Komissiyasının Sədri Samsunda Keçirilən İkiztəpə Sağlamlıq Zirvəsində çıxış Etdi
Türkiyədə dahi Atatürk şəhəri olan Samsunda İkizTəpə Sağlamlıq Zirvəsi başlayıb.

İkiztəpədə aparılan arxeoloji qazıntılar zamanı min illər əvvəl baş beyində əməliyyat aparıldığı və həmin əməliyyatdan sonra uzun müddət yaşadığı müəyyən olunub. Qaradəniz sahilində yerləşən Samsun Türkiyədə tibb şəhəri kimi səciyyələnməyə başlayıb. Samsunda böyük hospital, klinika mərkəzləri, məşhur avadanlıq və əczaçılıq sənayesi müəssisələri mövcuddur və onların sayı artmaqda davam edir.

Hazırda İkiztəpə Sağlamlıq Zirvəsi bu inkişafın dünyaya göstərilməsi və tibb sənayesinin peşəkarlarını birləşdirən qlobal şəbəkə xarakteri daşıyır.

ASKON Samsun şöbəsinin rəhbəri Ahmet Alp Doğru bildirib ki, 23 ölkədən 200-dən çox iştirakçı var. Dünyanın qocaldığını və tibbi xərclərin artdığı dünyada Türkiyə müəyyən xəstəliklərin müalicəsində, xüsusən də cərrahiyyədə dünyanın ilk beşliyində gəlir. Samsun kənd təsərrüfatı sahəsində lider olsa da, tibbi sənayedə önə keçməyə çalışır. Sağlıq sektorunun illik gəliri isə təkcə Samsunda 6,5 milyard dollar təşkil edir.

Sağlamlıq zirvəsində ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Turizm və xidmət üzrə iş komissiyasının sədri Ruslan Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

R.Quliyev bildirib ki, artıq Azərbaycan ikinci ildir ki bu zirvədə iştirak edir və bu dəfə daha böyük nümayəndə heyət ilə qatılıb. Həmçinin ölkəmiz iki stendi sərgidə iştirak edir. Azərbaycan vətəndaşlarının Samsunun tibbi potensialından istifadə etməsinə mane olan əsas səbəb isə logistika imkanlarınən məhdudluğudur. Samsuna Azərbaycandan birbaşa reysin olmaması insanların işini çətinləşdirir. “Bugün masada olan başlıca müzakirə birbaşa logistikanın qurulmasıdır”, – deyə R.Quliyev bildirib.

Qeyd edək ki, dünyada tək sağlamlıq turizmi 10 trilyon dollardır. Ümumilikdə sektorum payı isə daha böyükdür və payı artmaqda davam edir.