Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Bolqarıstanın biznes təşkilatı ilə memorandum imzalandı

08 may 2024, 16:33
Bolqarıstanın biznes təşkilatı ilə memorandum imzalandı

Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu Assosiasiyanın İdarə Heyətinin üzvü Kiril Jelyazkov və Konfederasiyanın prezidenti Məmməd Musayev imzalayıb.

Sənədə əsasən, iqtisadi əlaqələrin genişləndirilməsi üçün qurumlar arasında birgə əməkdaşlıq, hər iki ölkədə mövcud olan investisiya layihələri, təlimlər, biznes missiyalar, sərgilər və s. haqqında məlumatlar bölüşüləcək, biznes səfərlər təşkil ediləcək, qarşılıqlı maraq doğuran layihələrin birgə işlənməsi həyata keçiriləcəkdir.