Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Fitch Solutions: Azərbaycan Rusiyadan qaz idxalını artıracaq

29 apr 2024, 16:31
Fitch Solutions: Azərbaycan Rusiyadan qaz idxalını artıracaq

"Azərbaycan daxili tələbatı ödəmək üçün Rusiyadan qaz idxalını artıracaq".

LiderXəbər xəbər verir ki, bu barədə "Fitch Solutions" (FS) şirkətinin ölkə risk qrupunun hesabatında qeyd edilib.

"Türkiyə ilə güclü əlaqələrindən bəhrələnən Azərbaycan Ukrayna müharibəsindən sonra Rusiya ilə münasibətlərini yaxşılaşdırıb. Rusiyanın Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə passiv dəstək verməsi, eləcə də Rusiyanın Türkiyədən iqtisadi asılılığının artması Azərbaycanla mövcud ikitərəfli əlaqələri istiləşdirib. Qeyd etmək lazımdır ki, Azərbaycanın böyük neft və qaz ehtiyatları və Avropanın enerji təchizatında artan rolu nəzərə alınmaqla, Azərbaycanın Rusiyadan iqtisadi asılılığı nisbətən aşağıdır. Azərbaycan və Avropa İttifaqı 2023-cü ildə tərəfdaşlıq sazişi əldə ediblər və bu razılaşmaya əsasən, blok 2027-ci ilə qədər Azərbaycandan qaz alışını iki dəfə artıracaq. Maraqlıdır ki, bu tələbləri ödəmək üçün Azərbaycan daxili ehtiyacların ödənilməsinə kömək etmək üçün Rusiyadan enerji idxalını artırmalı olacaq"- FS-nin şərhində əlavə edilib.