Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Xoşbəxt Yusifzadə: "Azərbaycan hasil edilmiş neftin 60 %-ni “mənfəət” kimi alıb"

22 fev 2023, 11:45
Xoşbəxt Yusifzadə: "Azərbaycan hasil edilmiş neftin 60 %-ni “mənfəət” kimi alıb"

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” (AÇG) neft-qaz yatağından indiyədək 570 milyon ton neft, 205 milyard kubmetr təbii qaz hasil edilib.

LiderXəbər xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı qeyd edib.

X.Yusifzadə vurğulayıb ki, bu yataqlardan hasil edilmiş neftin 60 %-i və ya 345 milyon tonu Azərbaycanın “mənfəət” nefti kimi satılaraq ölkə iqtisadiyyatının inkişafına böyük təkan verib.

SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, "Əsrin müqaviləsi" Heydər Əliyevin birinci şah əsəridir: "Əsrin müqaviləsi"nin imzalanması ilə bütün ölkələr, bütün şirkətlər bildilər ki, Azərbaycan stabil ölkədir. Burda iş aparmaq olar. Heç də təsadüfi deyil ki, bu müqavilədən sonra 35 müqaviləyə imza atılıb. "Əsrin müqaviləsi" həmçinin iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edir.

1997-ci ildə Azərbaycanda illik neft istehsalı 9 milyon ton idisə, "Əsrin müqaviləsi"nin həyata keçirilməsi ilə neft hasilatı 2010-cu ildə 5,6 dəfə artaraq 51 milyon tona çatıb".