Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq

19 apr 2024, 14:23
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq.

LiderXəbər xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çxıarılan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu qanunun məqsədləri üçün süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.