Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Nazir: Minimum əməkhaqqı, pensiyanın artırılması istiqamətində işlərimizi davam etdirəcəyik

02 apr 2024, 13:00
Nazir: Minimum əməkhaqqı, pensiyanın artırılması istiqamətində işlərimizi davam etdirəcəyik

Azərbaycan dövlətinin siyasətində Azərbaycan vətəndaşının rifahı öndə tutulur.

LiderXəbər xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir xatırladıb ki, son 5 ildə 4 sosial islahat paketi həyata keçirilib.

“Sosial islahatlar davam edəcək. Minimum əməkhaqqı, pensiyanın artırılması istiqamətində işlərimizi davam etdirəcəyik” - deyə nazir əlavə edib.

Nazir deyib ki, sosial islahatlar paketi ümumilikdə 4 milyon insanı, əhalinin 40 faizini əhatə edib. Onların cəmi məbləği illik 7 milyard manata yaxındır:

"Yəni bir il ərzində əlavə bizim əməkhaqqı və sosial ödənişlərin dövlət büdcəsindən və dövlət qurumlarından yönələn vəsait 7 milyard manata bərabərdir. Cəmi 5 il ərzində minimum əməkhaqqı 2,7 dəfə artıb. Eyni zamanda, əməkhaqqı fondu 2,8 dəfə artıb. Bu böyük bir leqallaşmadır. 500 mindən çox əmək müqaviləsi leqallaşıb ki, bunun da 400 mindən artığı özəl sektorun payına düşür. Orta əməkhaqqı 73 faiz artıb. Əhalinin kasıb və həssas təbəqələrini maraqlandıran median əməkhaqqı 2,2 dəfə artıb. Minimum pensiya 2,5 dəfə artaraq 280 manata çatıb. Orta aylıq pensiya 2,4 dəfə artıb.

Artıq Azərbaycanda ilk dəfə olaraq yaşa görə pensiya 500 manatı keçərək 530 bərabər olub. Bütün bu artımlar 1 milyondan çox pensiyaçını, 2 milyondan çox əmək müqaviləsi ilə çalışanı əhatə edib. Sosial müavinətlərdə 3 dəfədən çox artım olub və bu müavinəti alan 450 min nəfəri əhatə edib. Azərbaycan Respublikasının Prezidentinin təqaüdləri 6 dəfədən çox artıb. 2018-ci ildə sosial müavinət və təqaüdlərə yönəldilən vəsaitin ümumi məbləği 300 milyondan bir az artıq idi. Hazırda bu rəqəm 1,6 milyarddan artıqdır. 5 il ərzində 1 milyon 300 min nəfərə aktiv məşğulluq proqramları ilə dəstək göstərilib. 500 mindən çox vətəndaş daimi işlə təmin edilib. 78 mindən çox ailə üçün özünüməşğulluq proqramı çərçivəsində özlərinin kiçik və mikro biznesini yaratmaq üçün aktivlər verilib”.