Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Sumqayıtın və Suraxanının qaz təchizatında fasilə yaranacaq

01 apr 2024, 09:44
Sumqayıtın və Suraxanının qaz təchizatında fasilə yaranacaq

Suraxanı rayonunun Bülbülə qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində, həmçinin Sumqayıt şəhərinin Təzə Corat və Köhnə Corat adlanan ərazilərində "Təmiz Qaz" QSC tərəfindən aşkarlanan sızmaların ləğvi, eləcə də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Sumqayıt şəhəri, Köhnə Corat ərazisində qeyri-qanuni birləşmələrin ləğvi məqsədi ilə 01.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun (Atamoğlan Rzayev, Malik Mustafayev, Səttar Bəhlulzadə, Hasil Bayramov küçələri) və Sumqayıt şəhərinin (Köhnə Corat və Təzə Corat) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.