Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

AYNA taksi sürücülərinə xəbərdarlıq edib

19 mar 2024, 14:54
AYNA taksi sürücülərinə xəbərdarlıq edib

Son günlər taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə təlimlərdə iştirak etmədən müəyyən ödəniş müqabilində şəhadətnamələrin verilməsi ilə bağlı müraciətlər daxil olur.

LiderXəbər-in xəbərinə görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir daha xəbərdarlıq edib: "Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyan təlimlərdə əyani iştirak mütləqdir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə verilən şəhadətnamələr isə elektron sistemdə saxlanılır. Orijinal şəhadətnamənin QR kodu ayna.empro.az saytına yönləndirilir və bu zaman şəhadətnamənin elektron forması göstərilir. QR kodun oxudulması zamanı sənədin saxtalığı müəyyən edilə bilir".

Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartının verilməsi zamanı şəhadətnamənin həqiqiliyi yoxlanılacaq.

Qeyd edək ki, rəsmi sənədlərin saxtalaşdırılması cinayət tərkibi yaradan haldır.