Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Dövlət reysterinə daxil olan üzüm sortlarının üzərində müasir dövrün tələblərinə cavab verən tədqiqatlar davam edir

12 mar 2024, 11:24
Dövlət reysterinə daxil olan üzüm sortlarının üzərində müasir dövrün tələblərinə cavab verən tədqiqatlar davam edir

Üzümçülük və Şərabçılıq Elmi - Tədqiqat İnstitutu (ÜŞETİ) və Naxçıvan Kənd Təsərrüfatı Elmi - Tədqiqat İnstitutu arasında birgə əməkdaşlıq çərçivəsində strateji əhəmiyyətli üzüm sortlarının əkininin həyata keçirilməsi istiqamətində tədqiqatlar aparılır.

LiderXəbər xəbər verir ki, mövcud genofond kolleksiyasının zənginləşdirilməsi üçün ölkədə rayonlaşdırılmış müxtəlif üzüm sortlarının Naxçıvan Muxtar Respublikasının kontinental iqlim şəraitinə uyğunluğunun müəyyən olunması və yazlıq əkinlərdə qiymətləndirilmə aparılması məqsədilə ÜŞETİ-dən Dövlət reysterinə daxil olan qiymətli üzüm sortları ( Mədrəsə, Xındoqnı, Həməşərə, Ağ şanı, Qara şanı, Rkasiteli, Merlo, Hüseyni, Gəncəvi, Təbrizi, Şirvanşahı, Bayanşirə, Ağ oval kişmiş ) Naxçıvan Kənd Təsərrüfatı Elmi - Tədqiqat İnstitutuna göndərilib.