Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Nazir müavini: Taksilərlə bağlı məsələyə dair yeni qərar qəbul olunacaq

11 mar 2024, 10:00
Nazir müavini: Taksilərlə bağlı məsələyə dair yeni qərar qəbul olunacaq

Ölkədə tıxac və digər nəqliyyat infrastrukturu üzrə problemlərin həlli üçün diaqnostika aparılıb. Bunun üçün beynəlxalq mütəxəssislər də dəvət edilib.

LiderXəbər xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Nazir müavininin sözlərinə görə, artıq keçən ildən problemin həlli üçün addımlar atılmağa başlanılıb: “Biz nə qədər çox yol yaradırıqsa, ölkəyə daha çox avtomobil cəlb olunur”.

Rəhman Hümmətov bildirib ki, taksilərlə bağlı məsələyə dair yaxın günlərində yeni qərar qəbul olunacaq: “Əvvəllər aidiyyəti qurumlarla birlikdə hər hansı qərarın razılaşdırılmasına aylar sərf edirdiksə, indi Şurada keçirilən 4 iclasda çox mühüm qərarların qəbuluna nail ola bilmişik. Son iclaslarımızdan birində avtobus şəbəkəsinin təsdiq edilməsi ilə bağlı qərarımız olub. Velosiped və skuter yolları ilə bağlı da yeni qərarımız olub”.