Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq məsələləri Astanada müzakirə ediləcək

04 mar 2024, 13:17
Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq məsələləri Astanada müzakirə ediləcək

Martın 5-də Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək. İclasda ölkəmizi komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

LiderXəbər xəbər verir ki, iclas çərçivəsində Hökumətlərarası Komissiyanın 19-cu iclasından ötən dövr ərzində görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, sənaye, tikinti, nəqliyyat və logistika, ekologiya, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, gənclər siyasəti və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Qazaxıstan tərəfdən Komissiyanın həmsədri nəqliyyat naziri Marat Karabayevdir.