Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri kəskin artıb

15 fev 2023, 13:30
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri kəskin artıb

Bu ilin yanvar ayında Azərbaycan 45 932,39 min ABŞ dolları dəyərində 68 643,99 ton neft məhsulları ixrac edib.

Liderxəbər Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,7 dəfəyə yaxın, həcmi isə 89,2% artıb.

Xatırladaq ki, ötən il Azərbaycan 527 355,16 min ABŞ dolları dəyərində 770 815,85 ton neft məhsulları ixrac edib. Hesabat dövründə ölkənin ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 18,8%, həcmi isə 42,6%-ə yaxın azalıb.