Son Xəbərlər
İyulun 28-də Azərbaycanda yağıntılı hava şəraiti gözlənilir. Bu barədə
Qərb dövlətlərinin Ermənistanı silahlandırmasının bölgədəki vəziyyəti
İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah iyulun
Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə əlaqədar əhaliyə müraciət
Tokio Universitetinin alimləri buzun yeni formasını - "0 buz"u kəşf
"Fitch Ratings" Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən
Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan
XXI əsrdə həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar, həqiqətən
"Uşaqlar suda daha çox valideynlərin diqqətsizliyi səbəbindən ölürlər.
banner

Bu günədək heyvanların üzərində 1000-dən çox əməliyyat aparılıb

05 fev 2024, 12:38
Bu günədək heyvanların üzərində 1000-dən çox əməliyyat aparılıb

"Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikasında bu günədək 1000-dən yuxarı müxtəlif növ əməliyyatlar icra olunub".

Bunu LiderXəbər-ə açıqlamasında institutun direktoru Sialə Rüstəmova deyib. 

Onun sözlərinə görə, həmin əməliyyatlara göz amputasiyası, ön və arxa ayaqların amputasiyası, dişlərin çəkilməsi, onkoloji şişlərin götürülməsi, dişlərin təmizlənməsi, qrıja və s. daxildir. 

Sialə Rüstəmova qeyd edib ki, klinikaya əsasən sahibli və sahibsiz ev heyvanları (it və pişiklər) ilə bağlı müraciətlər olunur.

O vurğulayıb ki, 21 oktyabr 2023-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi - Tədqiqat İnstitutunun beynəlxalq əməkdaşlıq çərçivəsində Almaniya dövlətinin “Tierschutz Entwicklungshilife e.v” təşkilatı ilə bağladığı müqaviləyə əsasən Azərbaycanda sahibli və sahibsiz ev heyvanlarının qısırlaşdırılması, quduzluq peyvəndinin və qulaq birkalarının vurulması aksiyası keçirilib. 

"Bu aksiyaya Almaniya, İspaniya, Fransa, Rusiya və Gürcüstan dövlətlərindən 15 nəfərdən ibarət veterinar həkim-cərrah və feldşer-assistentləri qatılıb. Aksiyanın maliyyə xərcləri Bricit Bardot Fondu Almaniya Heyvan Rifahının İnkişafına Yardım Assosiasiyası (Fondatıon Brıgıtte Bardot Animal Welfare) tərəfindən tam ödənilib. “Tierschutz Entwicklungshilife e.v” Beynəlxalq Fondu ilə birgə həyata keçirilən heyvanların sterilizasiyası üzrə xeyriyyə aksiya çərçivəsində Bakı şəhəri üzrə 909 heyvan: onlardan 396 it, 513 pişik, Zaqatala rayonu üzrə 135, onlardan 70 it, 65 pişik, Gəncə şəhəri üzrə 94, onlardan 84 it, 10 pişik əməliyyata cəlb edilib. Ümumilikdə ölkə üzrə 1138 heyvan: onlardan 423 it və 588 pişik qısırlaşdırılıb, quduzluq peyvəndi və qulaq birkaları vurulub. Bununla yanaşı 52 baş heyvanların üzərində digər lazımi (göz amputasiyası, ön və arxa ayaqların amputasiyası, dişlərin çəkilməsi, onkoloji şişlərin götürülməsi, dişlərin təmizlənməsi, qrıja və.s.) cərrahi əməliyyatlar icra edilib" - direktor bildirib.

Qeyd edək ki, bu il də belə bir aksiyanın keçirilməsi nəzərdə tutulub. Bu dəfə aksiyada heyvanların baş sayının artırılması planlaşdırılır.