Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Bakıda hibrid yaşıl dəhlizlər yaradılacaq

08 yan 2024, 11:30
Bakıda hibrid yaşıl dəhlizlər yaradılacaq

Bakıda hibrid yaşıl dəhlizlər yaradılacaq.

LiderXəbər-in xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, Hibrid yaşıl dəhlizlər gəzinti məsafəsində yerləşən ictimai yaşıllıqların sayını artırmaq və yaşıllıqların az olduğu ərazilərdə yaşıl məkanların sahəsini genişləndirmək üçün tətbiq olunan vasitədir. Bu, eyni zamanda, piyada gəzinti, velosiped və digər aşağı sürətli mobillik vasitələri (məsələn, elektron skuterlər) ilə hərəkəti təşviq edən yaşıl zolaqlar şəbəkəsi yaratmaqla şəhərdə əlaqələndirmənin gücləndirilməsi üçün tətbiq olunan vasitədir. Bundan əlavə, Hibrid Yaşıl Dəhlizlər ictimai nəqliyyat, avtobus nəqliyyatı və tramvay xətləri ilə inteqrasiya olunaraq şəhər daxilində ictimai nəqliyyatın əlçatanlığının artırılmasına da müsbət təsir göstərə bilər (bax: 28 May – Şəhərdaxili Hibrid Yaşıl Dəhliz).

Hibrid yaşıl dəhlizlər xətti hibrid parklar vasitəsilə Bakını sosial yönümlü bir şəhərə çevirməyə imkan verəcək və o cümlədən:

• mövcud tikililər və məhəllələrin dəyərini azaldan, istismardan çıxarılmış yük dəmir yolu xətlərinin aktiv və yüksək keyfiyyətli rekreasiya zonalarına, yaşıllıqlara, görüş məkanlarına və istirahət yerlərinə çevirən katalizator rolu oynayır;

• ictimai xidmətlər və müəssisələr, mədəniyyət təsisatları, ictimai iaşə müəssisələri, yaradıcı sənaye sahələri, iş ofisləri və s.-in inkişafı üçün geniş imkanlar təmin edərək müxtəif ərazilərdə həyat keyfiyyətini yüksəltməyə və yeni şəhər iqtisadiyyatını stimullaşdırmağa kömək edir;

• şəhər ərazisində “istilik adası” effektinin azaltmağa, soyuq və təmiz hava kanalları rolu oynamaqla şəhərin iqlim şəraitini və hava keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Bu dəhlizlər insanlara təbiətlə təmasda olmağa imkan verməklə yanaşı şəhərdə mövcud biomüxtəlifliyin və təbii yaşayış mühitlərinin artırılmasına kömək edir;

• davamlı infrastruktur şəraitinin qurulması üçün zəruri dəhlizlər təmin edir (məsələn, su təchizatı qurğuları, sututucu hövzələr, drenaj sistemləri, kanalizasiya və tullantı su kanalları).

Təklif olunan 28 May Dəhlizi layihəsinə əsasən, istismardan çıxarılmış dəmir yolu xəttlərinin şəhərdaxili hibrid yaşıl dəhliz kimi inkişafı təklif edilir. Dəhliz xətti park vasitəsi ilə Gənclik metro stansiyasının ətrafını Bakı limanı və Bakı Bulvarı ilə birləşdirəcək və burada tramvay xətləri və ictimai yaşıllıq marşrutları, istirahət, əyləncə, yaşayış (təqribən 15,1 ha) və hətta mədəniyyət və yaradıcılıq sahələri (təqribən 9,7 ha) yaradılacaq. Ümumilikdə 28 May hibrid dəhlizinin xətti parkı təxminən 15,6 ha ərazini əhatə edəcək. Dəhliz yaxınlıqda yerləşən ən azı 24,2 ha ərazi üçün şəhərsalma və ictimai-işgüzar sahələrin inkişafı üçün imkanlar təklif edir.

Şəhərkənarı hibrid yaşıl dəhlizi – Xocahəsən-Lökbatan Hibrid Yaşıl Dəhlizinin (XL-HYD) inkişafı Xocahəsən gölü və Xocahəsən Nəbatat Parkının bərpası təklifinin davamı kimi nəzərdə tutulur (bax: yuxarıdakı qeydlər). Mövcud su-bataqlıq, subasma zonaları və bioloji növlərin təbii yaşayış yerləri, eləcə də beynəlxalq səviyyədə tanınmış quşların köçetmə məskəni buraya daxildir. XL-HYD-nin təbiət qoruğu (təxminən 459,7 ha), aktiv təmiz hava dəhlizi, subasmalardan qorunma zonası və yerli bitki növlərinin və vəhşi təbiətin qorunduğu herbarium kimi nəzərdə tutulur. Bununla yanaşı, XL-HYD davamlı infrastruktur və ictimai nəqliyyat dəhlizi kimi funksiyalar daşıyır.