Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

“Qarabağ”ın oyununa görə metro 01:00-a qədər açıq olacaq

13 dek 2023, 12:30
“Qarabağ”ın oyununa görə metro 01:00-a qədər açıq olacaq

Bakı metropoliteni UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” Futbol Klubunun qrup mərhələsinin həlledici oyunu ilə əlaqədar iş rejimində dəyişikliklər edəcək.

LiderXəbər-in Metropolitenə istinadən xəbərinə görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə baxılaraq, metropolitenin iş qrafiki 1 saat uzadılacaq. Buna müvafiq olaraq, bütün stansiyalar dekabrın 14-dən 15-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Metropolitenin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Sərnişinlərin səmti rahatlıqla müəyyən etməsi, nizamlı hərəkətini təşkil etmək məqsədilə əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq.

“28 May” və “Nərimanov” stansiyalarında da ehtiyat tədbriləri görüləcək.

Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarların hərəkəti payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun təşkil ediləcək. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Oyundan sonra “Gənclik” stansiyasına daxil olacaq sərnişinlərin hərəkət istiqamətlərinə uyğun qatarların hərəkəti tənzimlənəcək və ehtiyat qatarlardan istifadə olunacaq.