Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Bir sıra ölkələrdən yüksək riskli qida məhsullarının idxalına məhdudiyyət qoyulacaq

06 noy 2023, 15:27
Bir sıra ölkələrdən yüksək riskli qida məhsullarının idxalına məhdudiyyət qoyulacaq

Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Qanunun 20.3-cü və 24.5-ci maddələrinə əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli qida məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsalı və emalı ilə məşğul olan qida obyektləri cavabdeh qida subyektlərinin müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilməlidir.

LiderXəbər xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, müvafiq qanunun icrasının təmin olunması məqsədilə bir sıra dövlətlərdən, o cümlədən Polşa, Litva və Braziliyadan ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlara yüksək riskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Lakin adıçəkilən ölkələrdə fəaliyyət göstərən müəssisələrdən respublikamıza məhsul idxal olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Agentliyə bu ölkələrin istehsalçılarından təsdiqlə bağlı müraciətlər daxil olmayıb. Bununla əlaqədar, 2023-cü il noyabrın 15-dən təsdiq üçün müraciət etməyən, Polşa, Litva və Braziliyada fəaliyyət göstərən müəssisələrdən ölkəmizə yüksək riskli qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.