Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

ADY piyadalara çağırış edib

02 noy 2023, 13:02
ADY piyadalara çağırış edib

2 noyabr tarixində saat 08:20 radələrində ADY-na məxsus lokomativ Şirvan-Hacıqabul mənzilində hərəkətdə olarkən Şirvan şəhər sakini 1997-ci il təvəllüdlü Rəhimə Afət qızı Babayeva azyaşlı övladı ilə birgə qəfil qatarın qarşısına çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da hadisə qaçılmaz olub. Xəsarət alan Rəhimə Babayeva dərhal xəstəxanaya çatdırılıb.

LiderXəbər xəbər verir ki, ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı və onların həyatını təhlükəyə atmamalıdırlar.

Qeyd edək ki, bu ilin 9 ayında qatar yoluna insanların qəfil çıxması nəticəsində 10 hadisə baş verib. Hadisə nəticəsində 5 adam həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin baş vermə səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xəttini müəyyən olunmamış yerlərdən keçməsi ilə bağlı olub.