Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Gələn il büdcədə ən böyük artımın qrantlarla bağlı olmasının səbəbi açıqlanıb

30 okt 2023, 17:53
Gələn il büdcədə ən böyük artımın qrantlarla bağlı olmasının səbəbi açıqlanıb

2024-cü ilin dövlət büdcəsi layihəsində cari ilin yenidən baxılan dövlət büdcəsi ilə müqayisədə xərclərin iqtisadi təsnifatına uyğun olaraq 4 bölmə üzrə artım, 5 bölmə üzrə isə azalma proqnozlaşdırılır.

LiderXəbər xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Rəydə bildirilib ki, cari illə müqayisədə mütləq və nisbi ifadədə ən böyük artım “Qrantlar və digər ödənişlər” bölməsi üzrə nəzərdə tutulub. Belə ki, bu bölmə üzrə xərclər cari ilin yenidən baxılan büdcəsi ilə müqayisədə 3482,9 mln. manat artımla proqnozlaşdırılıb.

Artıma səbəb cari ilin aprel ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatında edilmiş dəyişikliyə əsasən “Qrantlar və digər ödənişlər” bölməsinə “Dövlət sifarişi, dövlət öhdəlikləri və bu qəbildən olan digər öhdəliklərin ödənilməsi” adlı yeni köməkçi bölmənin əlavə edilməsi və dövlət büdcəsindən DSMF və İTSF-ə ayırmaların, dövlət hesabına ali təhsil müəssisələrində təhsil xərclərinin, xarici ölkələrin təhsil müəssisələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən nümayəndəlikləri və filiallarına, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərə ödənişlərin həmin köməkçi bölmənin tərkibində uçota alınması ilə əlaqədardır.

Qeyd edək ki, növbəti ildən adıçəkilən köməkçi bölmədə nəzərdə tutulan bütün xərclər əvvəlki illərin dövlət büdcəsində iqtisadi təsnifatın digər bölmələrində uçota alınıb.