Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Bakı hava limanı payız-qış uçuş cədvəlinə keçir

28 okt 2023, 12:03
Bakı hava limanı payız-qış uçuş cədvəlinə keçir

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 29-dan 2024-cü ilin martın 30-u daxil olmaqla qış cədvəlinə keçir.

LiderXəbər xəbər verir ki, bu müddət ərzində Bakıdan 18-i aşağı büdcəli aviadaşıyıcı olmaqla 37 aviaşirkət tərəfindən 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetiriləcək.

Payız-qış mövsümündə hava limanı baza aviadaşıyıcısı olan AZAL-ın bir sıra yeni istiqamətlərini açmaqla və yeni aviaşirkətlər cəlb etməklə öz marşrut şəbəkəsini genişləndirəcək. Həmçinin müxtəlif beynəlxalq istiqamətlərə uçuşların tezliyinin artırılması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət variantları təqdim edəcək.

Bakı hava limanı bütün sərnişinlərinə yüksək səviyyədə xidmət göstərməyə çalışır, həmçinin aviadaşımaların təhlükəsizliyini və rahatlığını təmin etmək üçün qabaqcıl texnologiyalar və yenilikləri tətbiq etməyə davam edir.