Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azad edilmiş ərazilərdə su elektrik stansiyalarının tikintisinin detalları açıqlanıb

20 okt 2023, 17:08
Azad edilmiş ərazilərdə su elektrik stansiyalarının tikintisinin detalları açıqlanıb

İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi çərçivəsində bu günə kimi 14 yerdə su elektrik stansiyası (SES) tikilərək yenidən qurulub və hazırda 3 stansiyada işlər tamamlanır.

LiderXəbər xəbər verir ki, bunu “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev deyib.

Onun sözlərinə görə, hazirda 9 yerdə SES-lərin tikinti davam edir. Eyni zamanda, həmin ərazilərdə stansiya və yarımstansiyalar bərpa edilir.

Baba Rzayev qeyd edib ki, bu günə kimi Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikilərək istismara verilib və 700 km-dən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 faiz enerji çatdırılıb. Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub.