Son Xəbərlər
"Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün
Peşəkar Futbol Liqasının (PFL) prezidenti postu ilə bağlı yeni bir namizədin
İyunun 11-də ABŞ, Meksika və Kanadadan başlayacaq dünya çempionatında iştirak
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda
Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən
Türkiyəli məşhur müğənni Sibel Can evlənir. Liderxeber.az Türkiyə KİV-ə
Moldova Rusiya ilə vizasız rejimi ləğv etmək istəyir. Liderxeber.az
Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə
Hacıqabul Rayon İcra Hakimiyyəti və Hacıqabul Quşçuluq Şirkətinin birgə
İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava

Azərbaycanda 1862 MVt həcmində “yaşıl güclər” ölkənin enerji sisteminə inteqrasiya olunacaq

20 okt 2023, 15:33
Azərbaycanda 1862 MVt həcmində “yaşıl güclər” ölkənin enerji sisteminə inteqrasiya olunacaq

Azərbaycanda 2027-ci ilin sonunadək 1862 MVt həcmində “yaşıl güclər”in ölkənin enerji sisteminə inteqrasiyasını təmin etmək üçün elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi üzrə Dövlət Proqramının hazırlanması nəzərdə tutulur.

LiderXəbər xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun “Energetiklər Günü” münasibətilə rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilib.

Məqalədə qeyd olunub ki, eyni zamanda, 2030-cu ilədək “Xəzər-Aİ yaşıl enerji dəhlizi” və Azərbaycan-Türkiyə-Avropa dəhlizini yaratmaq və şaxələndirilmiş marşrutlarla təxminən 5 QVt həcmində yaşıl elektrik enerjisi ixrac etmək məqsədilə intensiv işlər görülür. Xəzər dənizindən başlayan Azərbaycan, Gürcüstan, Qara dənizdən keçməklə Rumıniya, Macarıstanı əhatə edən və Bolqarıstanın da qoşulduğu dəhlizin texniki iqtisadi əsaslandırması və Birgə Müəssisənin yaradılması istiqamətində müvafiq addımlar atılır.

“Həmçinin Azərbaycan, Özbəkistan, Qazaxıstan və Türkmənistan arasında elektrik enerjisinin Mərkəzi Asiyadan ölkəmizə, burdan Avropaya ixracı təşəbbüsü dəyərləndirilir”, - nazir bildirib.

Pərviz Şahbazovun sözlərinə görə, bu yaxınlarda Azərbaycanda və Türkiyədə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi, Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrası ilə bağlı imzalanmış sənədlər, eləcə də Muxtar Respublikada enerji şirkətləri ilə əsasən ixracyönümlü razılaşmalar digər bir ixrac marşrutu üzrə görülən tədbirlərdir.

“Həm bu dəhlizlər, həm də “Cəbrayıl” enerji qovşağı sayəsində elektrik enerjisinin Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi perspektivi Azərbaycan Prezidentinin böyük strateji vizyonunun və onun reallaşması üçün məqsədyönlü fəaliyyətinin təcəssümüdür”, - nazir vurğulayıb.