Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Komitə: Şuşada nəqliyyatın hərəkəti minimuma endiriləcək

19 okt 2023, 16:44
Komitə: Şuşada nəqliyyatın hərəkəti minimuma endiriləcək

Şuşa şəhərində nəqliyyatın hərəkəti minimuma endiriləcək.

LiderXəbər xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib.

"Şuşada demək olar ki, piyada gəzməklə əlçatan məsafədə istənilən nöqtəyə yetişmək mümkündür. Planlaşdırma elədir ki, əlçatan məsafədədir və 15-20 dəqiqə ərzində hər hansı yerə çatmaq mümkündür. Şəhərdə planlaşdırılan yaşayış evləri 3-4 mərtəbəlidir və yaşayış evlərində birinci mərtəbədə yaşayacaq insanlar üçün həyətyanı sahə mövcuddur. Şuşada 196 memarlıq abidəsi mövcuddur. Bütün abidələr qorunub saxlanacaq. Şuşanın xüsusilə müsəlmanlar yaşayan 17 məhəlləsi memarlıq abidələri ilə zəngindir", - deyə İlqar İsbatov vurğulayıb.