Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

ABADA rəhbəri beynəlxalq tədbirdə avtomobil nəqliyyatının üzləşdiyi əsas problemləri müzakirə edib

21 sen 2023, 11:17
ABADA rəhbəri beynəlxalq tədbirdə avtomobil nəqliyyatının üzləşdiyi əsas problemləri müzakirə edib

Özbəkistanın Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (AIRCUZ) və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) birgə təşkilatçılığı ilə “Beynəlxalq Avtomobil Nəqliyyatı: Sürətlilik və rifah” mövzusunda konfrans keçirilib.

LiderXəbər xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən tədbirdə ölkəmizi Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Konfransda regional əlaqə, multimodal Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca nəqliyyat və tranzit, kommersiya nəqliyyatının və gömrük prosedurlarının rəqəmsallaşdırılması və sürücüsü çatışmazlığı ilə bağlı avtomobil nəqliyyatının üzləşdiyi əsas problemlər və imkanlar müzakirə edilib. Tədbir region və hüdudlarından kənarda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına üzv assosiasiya və şirkətləri, beynəlxalq təşkilatları, tərəfdaşları və beynəlxalq maliyyə institutlarını bir araya gətirib.

İRU-nun 75 illik yubileyi qeyd edilən xüsusi sessiyada inkişaf, ticarət və nəqliyyat xadimləri, eləcə də Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının regiondan olan “Yeni Sənaye Formasiyaları”nın nümayəndələri iştirak edib. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov təşkilatın 75 illiyi ilə bağlı Xartiyanı imzalayıb.

Plenar iclaslarda əsasən “Beynəlxalq Avtomobil Nəqliyyatı: Davamlılığın və Rifahın inkişafı”, “Mərkəzi Asiya ölkələrini qlobal bazarlara çıxarmaq üçün infrastruktura investisiyalar”, “Avtonom nəqliyyat vasitələrinə keçid zamanı sürücü çatışmazlığının aradan qaldırılması”, “Nəqliyyat və tərəqqi: davamlı inkişaf, çiçəklənmə və sülhə doğru” kimi mövzular müzakirə edilib.