Son Xəbərlər
İsrail və Livan nümayəndələri Vaşinqtonda keçirilən danışıqlarda İsrail
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İran İslam Şurası Məclisinin sədri
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) qanunun tələblərinə zidd olaraq
“Hər bir müsahibədə Elm və Təhsil Nazirliyi olaraq müəyyən məqamlara toxunaraq
Kriştianu Ronaldonun ötən gün Özbəkistanla matçdan paylaşdığı foto qısa
Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi kart əməliyyatları ilə bağlı texniki
Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan
Gürcüstanın Tbilisi şəhərində BMT-nin Dövlət Xidmətləri Forumunun açılış
"Azərbaycanda kasko sığortasına yeni yanaşmalar tətbiq olunacaq".
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava

Onlar 92 mindən çox cərimələniblər

08 may 2026, 10:10
Onlar 92 mindən çox cərimələniblər

Tikinti obyektlərində keçirilmiş 39 səyyar yoxlama zamanı 1047 işçidən 75-nin əmək münasibətlərinin müəyyən edilmiş qaydada rəsmiləşdirilmədən fəaliyyətə cəlb olunduğu aşkarlanıb.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələriniin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Məlumata əsasən, nəticədə 1 işəgötürən fiziki şəxs barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib, daha 18-i haqqında ümumilikdə 92 min 200 manat məbləğdə inzibati cərimə tətbiq edilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti aidiyyəti qurumlardan daxil olmuş materialların araşdırılması zamanı işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlayaraq aidiyyəti vəzifəli şəxslərə 6 min manat, həmçinin uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi ilə bağlı  1 fakta görə 3 min 300 manat məbləğdə inzibati cərimə tətbiq edib.