Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

ABADA bölgələrdə maarifləndirmə işləri aparır

11 avq 2023, 16:20
ABADA bölgələrdə maarifləndirmə işləri aparır

Azərbaycan Beynəlxalq Daşıyıcıları Assosiasiyası (ABADA) Masallı rayonunda avtodaşıyıcılarla görüş keçirib.

ABADA-dan LiderXəbər-ə bildirilib ki, “Hər sürücü bir qəhrəmandır” devizi altında bölgələrdə keçirilən görüşlərdə tədbirlər planına uyğun olaraq ABADA-nın rəhbərliyi və İdarə Heyətinin üzvləri ölkənin cənub bölgəsi üzrə beynəlxalq avtomobil daşımaları fəaliyyəti ilə məşğul olan avtodaşıyıcılarla görüşüb.

Görüşdə 30-dan artıq şirkətin nümayəndəsi və sürücü iştirak edib. Məqsəd, avtodaşıyıcıların fəaliyyətləri ilə bağlı rastlaşdıqları problemlər, beynəlxalq avtomobil daşımaları sahəsində yeni qəbul olunan normativ-hüquqi sənədlər barədə maarifləndirmək, sürücülərin peşə hazırlığı sahəsində görülən işlər, yeni iş yerlərinin açılması istiqamətləri və digər aktual məsələləri müzakirə etmək olub.

ABADA-nın Baş katibi Kənan Qurbanov Assosiasiyanın 6 ay ərzində həyata keçirdiyi tədbirlər, yeni layihələr və görülən işlər barədə hesabatla çıxış edib.

Görüşdə daşıyıcıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, verilən suallar cavablandırılıb. Peşəyə marağın artırılması üçün mütəxəssis rəyləri dinlənilib.

Yekunda beynəlxalq daşımalar sahəsində fərqlənən sürücülər mükafatlandırılıb.