Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Naxçıvanda ləğv edilən Sığorta Xidməti "Azərsığorta"ya birləşdirilib

21 iyl 2023, 10:57
Naxçıvanda ləğv edilən Sığorta Xidməti "Azərsığorta"ya birləşdirilib

Naxçıvanda ləğv edilən Naxçıvan MR Dövlət Sığorta Xidməti dövlət sığorta şirkəti olan "Azərsığorta"ya birləşdirilib.

Bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, Dövlət Sığorta Kommersiya Şirkətinin 17 iyul 2023-cü il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Baş Agentliyinin əsasında “Naxçıvan regional mərkəz” filialı yaradılıb və beləliklə Naxçıvan Dövlət Sığorta Xidməti yenidən “Azərsığorta”nın tərkibinə qatılıb.

Xatırladaq ki, Xidmət NMR Dövlət Sığorta Baş Agentliyi adı ilə 1994-2021-ci illərdə "Azərsığorta"nın tərkibində fəaliyyət göstərib. Agentlik 2021-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun sərəncamı ilə "Naxçıvan MR Dövlət Sığorta Xidməti" publik hüquqi şəxsinə çevrilib. Ölkə ərazisində sığorta fəaliyyəti lisenziyalı fəaliyyət növüdür və bununla bağlı icazələr Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən verilir. Xidmət isə 2023-cü ilə kimi AMB-nin lisenziyası olmadan fəaliyyət göstərib. Bu məsələnin gündəmə gəlməsi ilə Naxçıvan MR Ali Məclisi bu il mayın 3-də Xidmətin ləğv edilməsi ilə bağlı sərəncam imzalayıb.