Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycanda əmlakın qeydiyyatı ilə bağlı xərclər azaldılacaq

28 yan 2023, 07:22
Azərbaycanda əmlakın qeydiyyatı ilə bağlı xərclər azaldılacaq

Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı xərclər azaldılacaq.

LiderXəbər xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, aidiyyəti dövlət qurumlarının və özəl tərəfdaşların iştirakı ilə keçirilən "Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)" indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi"nin təqdimatında bildirib.

"Yol xəritəsi çərçivəsində 32 tədbirin reallaşdırılması nəzərdə tutulur. Bunlardan 23-ü İqtisadiyyat Nazirliyinə, qalanı isə İşçi Qrupunda təmsil olunan digər qurumlara məxsusdur. Əvvəlki illərdə də ölkədə əmlakın qeydiyyatı və biznesə təsiri sahəsində tədbirlər görülüb. Əsas hədəf olan həm biznes, həm də vətəndaşlar üçün əmlak hüquqlarının qeydiyyatı ilə bağlı xərclərin, eləcə də prosedurların və müraciət ediləcək dövlət qurumlarının sayının azaldılmasına nail olmuşuq. Əsas hədəflərimiz elektronlaşdırılma səviyyəsinin ən yüksək mərhələyə çatdırılması, əmlak hüquqlarının qeydiyyata alınmasının bütün mərhələlərində avtomatlaşdıraraq sistem üzərindən məmur vətəndaş ünsiyyəti olmadan onlayn qaydada tətbiqi, sənəd qəbulunun tam şəffaf həyata keçirilməsidir", - deyə o qeyd edib.