Son Xəbərlər
Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam
Türkiyə təmsilçisi “Fənərbaxça”nın UEFA Çempionlar Liqasının ikinci təsnifat
Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Avropa Səyahət Komissiyasının (ETC) 2026-cı il üzrə proqnoz hesabatına əsasən,
"Bu gün klinik psixiatriyanın müalicə üsulları genişlənib".
Bu il sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə
17-19 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız
Qidalanma mütəxəssisləri orqanizmdə iltihabi prosesləri azaltmağa kömək edən
"ABŞ və İran arasındakı ziddiyyətlərin aradan qaldırılmasına dair

Qarabağ və İstanbul Texniki universitetləri əməkdaşlığa başladı - Fotolar

22 yan 2026, 11:48
Qarabağ və İstanbul Texniki universitetləri əməkdaşlığa başladı - Fotolar

Elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında elm və təhsil sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın iştirak etdiyi mərasimdə həmin sənədi Qarabağ Universitetinin rektoru Şahin Bayramov və İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal imzalayıblar.

YÖK sədri Erol Özvar çıxışında diqqəti iki qardaş ölkəni birləşdirən tarixi bağlara çəkib, ali təhsil sahəsində əməkdaşlığın Türkiyə və Azərbaycanın ortaq gələcəyinə töhfə olduğunu diqqətə çatdırıb. Qarabağ Universitetini bütün region üçün yeni bilik və innovasiya mərkəzi kimi qiymətləndirən E.Özvar Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universitetinin geniş təcrübəsinin Qarabağ Universitetinin daha da inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə əminliyini ifadə edib. 

E.Əmrullayev öz növbəsində Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında imzalanan sənədi iki qardaş ölkənin elm və təhsil sahələrində əməkdaşlığının yeni platforması adlandırıb. Nazir Qarabağ Universitetinin ölkəmiz və bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb və İTÜ ilə əməkdaşlığın yeni yaradılan universitetin mövqelərinin möhkəmlənməsinə töhfə verəcəyinə inamını qeyd edib. 

Qeyd edək ki, Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin, pedaqoji heyət və/və ya tədqiqatçı alimlərin qarşılıqlı mübadiləsi, birgə tədqiqat fəaliyyəti üzrə əməkdaşlıq, elmi materiallar və informasiya mübadiləsi, qarşılıqlı maraq doğuran sahələrdə ikili diplom proqramlarının hazırlanması, Qarabağ Universitetinin Mühəndislik fakültəsi üçün tədris və tədqiqat laboratoriyalarının birgə layihələndirməsi və idarə edilməsi nəzərdə tutulur.