Son Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ( AAYDA) İdarə Heyətinin
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər
“Regionu ABŞ üçün cəhənnəmə çevirəcəyik”. Liderxeber.az xəbər verir ki, bunu
Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru
Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq

Eren Özkan: "Banklarda müştəri xidmətləri süni zəka ilə icra olunacaq"

19 noy 2025, 13:40
Eren Özkan: "Banklarda müştəri xidmətləri süni zəka ilə icra olunacaq"

"Qlobal banklar süni zəkaya ildə 600 milyard dollar sərmayə qoyurlar".

Liderxeber.az xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda "Mastercard"ın Türkiyə, Azərbaycan, Ukrayna və Moldova üzrə Məsləhət və Konsaltinq Xidmətləri klaster rəhbəri Eren Özkan bildirib.

Onun sözlərinə görə, 2030-cu ilə qədər bank sektorunda müştəri xidmətlərinin böyük hissəsinin süni zəka vasitəsilə icra olunacağı gözlənilir. Eren Özkan qeyd edib ki, çat-botlar və süni zəka əsaslı xidmətlərin tətbiqi sürətlə artır və növbəti beş ildə bu sahə bankların əsas iş proseslərinə tam inteqrasiya olunacaq.

"Mastercard" rəsmisi bildirib ki, bank olmayan, amma maliyyə xidmətləri təklif edən şirkətlərin sayı artıq 50 minə yaxınlaşır və 2030-cu ildə bankçılıq xidmətlərinin, təxminən, 30 faizinin daxili maliyyə ekosistemi üzərindən göstəriləcəyi proqnozlaşdırılır.

O, həmçinin qeyd edib ki, rəqəmsal aktivlərin payı hazırda dünya ÜDM-nin üç faizini təşkil edir. Gözləntilərə görə, bu göstərici 2030-cu ildə 10 trilyon dollara qədər yüksələcək.

Eren Özkan əlavə edib ki, bank sektorunda ESG meyarlarının əhəmiyyəti də artır. Onun sözlərinə görə, ABŞ-də aparılan araşdırmalarda müştərilərin 42 faizi bank seçimini məhz ESG göstəricilərinə əsasən edir.