Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Ötən il “Kənddən şəhərə”də 1384 fermer öz məhsulunu satışa çıxarıb

26 yan 2023, 15:14
Ötən il “Kənddən şəhərə”də 1384 fermer öz məhsulunu satışa çıxarıb

2022-ci ildə Bakı və Abşeronda təşkil olunan “Kənddən şəhərə” həftəsonu yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb. Yarmarkalarda fermerlər tərəfindən alıcılara 100-dən artıq çeşiddə kənd təsərrüfatı məhsulu təqdim olunub.

Yarmarkaların təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.

“Kənddən şəhərə” yarmarkasında Elekron Kənd Təsərrüfatı İnformasiya Sistemində şəxsi kabineti olan, fəaliyyət növünə uyğun olaraq dövlətdən subsidiya alan fermerlər iştirak edirlər. Yarmarkada iştirak etmək istəyən fermerlər əvvəlcədən qeydiyyatdan keçir, şəxsi məlumatlarını, satmaq istədiyi məhsul barədə qeydləri sistemə daxil edirlər. Fermerin müraciəti əsasında ona öz məhsulunu yarmarkaya gətirmək üçün nəqliyyat vasitəsi ayrılır, məhsulun satış nöqtəsinə ödənişsiz çatdırılması təmin edilir.

Yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.s) təmin olunurlar.