Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Bu il TANAP-dan Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq

11 iyn 2023, 15:30
Bu il TANAP-dan Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq

Bu il Trans Anadolu Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq.

LiderXəbər xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "Anadolu" agentliyinə müsahibəsində bildirib.

Səfir qeyd edib ki, bu il 22,2 milyard kubmetr qaz ixracı gözlənilir ki, bunun da 10,2 milyard kubmetri Türkiyəyə, 12 milyard kubmetri isə Avropayadır.

Bakı-Tbilisi-Ərzurum, TANAP və Trans-Adriatik Boru Kəmərinin (TAP) ümumi investisiya dəyərinin 40 milyard dollar olduğunu deyən R.Məmmədov vurğulayıb ki, TANAP-ın fəaliyyətə başladığı gündən bu yana 46 milyard kubmetr qaz nəql olunub ki, bunun 22 milyard kubmetri Türkiyəyə, 24 milyardı isə Avropaya tədarük edilib.

Statistik göstəricilərə əsasən, 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz nəqli 8 milyard 705 milyon kubmetr təşkil edib. Bu, o deməkdir ki, artım təxminən 1,5 milyard kubmetr təşkil edib.

R.Məmmədov əlavə edib ki, ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması həm Azərbaycanın, həm də müxtəlif dövlətlərin qazının həmin kəmər vasitəsilə Avropa dövlətlərinə göndərilməsinə imkan verəcək:

"Bu, həm Azərbaycan, həm də Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq".

Azərbaycanın Türkiyənin enerji sektoruna yatırdığı sərmayələrə gəlincə, səfir deyib ki, bu meqalayihələrə əlavə olaraq, SOCAR-ın Türkiyənin enerji sektoruna yatırdığı investisiya məbləği 20 milyard dollar civarındadır.