Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Dənli bitki toxumlarının emalı zavodları mövsümə hazır vəziyyətə gətirilib

07 iyn 2023, 15:25
Dənli bitki toxumlarının emalı zavodları mövsümə hazır vəziyyətə gətirilib

Azərbaycanda toxumçuluğun inkişaf etdirilməsi məqsədilə Dövlət Toxum Fondunun tabeliyində Ağcabədi, Tovuz, Xaçmaz, Şəki və Qobustan rayonlarında dənli bitki toxumlarının emalı müəssisələri fəaliyyət göstərir. Hər il olduğu kimi, bu il də zavodlar mövsümə tam hazır vəziyyətə gətirilib. Həmçinin zavodların operativ və fasiləsiz fəaliyyəti üçün müvafiq tapşırıqlar verilib.

LiderXəbər xəbər verir ki, toxum emalı zavodlarında yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların emal edilməsi, fərdi toxumçuluq təsərrüfatlarından tədarük olunan toxumların təmizlənməsi, qablaşdırılması həyata keçiriləcək. Toxumçuluq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər zavodlara müraciət edə bilərlər. Toxum emalı zavodlarında kənd təsərrüfatı məhsulları istehsalçılarına xidmətlər növbəlilik prinsipi ilə həyata keçiriləcək.

Zavodların emal gücü saatda 5 tondur. Zavodlarda quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını, digər ənənəvi qurğulardan fərqli olaraq 98 faiz təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyyatı digər qurğularda təmizlənənlərdən 20-30 faiz azdır. Zavodlarda həyata keçirilən toxum emalı həm əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır.

Zavodlarda quraşdırılmış 3 min tonluq silo qurğularının əsas funksiyası təqdim olunan toxum materialını qəbul edərək emal xəttinə davamlı ötürülməsi və həmin qurğularda saxlanılan toxumun digər ərazilərə daşınması üçün avtomobillərə asanlıqla yüklənilməsini təmin etməkdir. Mövsüm başa çatdıqdan sonra dövlət ehtiyacı üçün tədarük olunmuş toxumun ehtiyatı bu qurğularda təhlükəsiz saxlanılır.

Ümumiyyətlə isə emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır. Toxum emalı zavodlarının əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir.

Qeyd edək ki, dənli bitki toxumlarının emalı zavodları mövsümdə toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayır.