Son Xəbərlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
HR ekspert Anar Abasəliyev Liderxeber.az müsahibə verib. — İşə qəbul prosesi
Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil.
Şirvan şəhərində ölümlə nəticələnən hadisə baş verib. Liderxeber.az xəbər
Dərman qəbul edərkən istifadə olunan içki preparatın təsirinə birbaşa təsir
Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ
Milli düşüncənin formalaşmasında, xalqın maariflənməsində mühüm rol oynayan
Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq,
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

03 may 2023, 10:02
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib.

LiderXəbər AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10 %-ə çatdırılıb.

"Bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib.

AMB pul siyasəti ilə bağlı növbəti qərarlarını faktiki və gözlənilən inflyasiyanın dinamikasının hədəfdən yayınma səviyyəsi, daxili və xarici inflyasiya risklərini nəzərə almaqla qəbul edəcəkdir. İnflyasiya mühitindəki risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı bundan sonra da məhdudlaşdırmağa çalışacaqdır. İnflyasiyanı artıran faktorlar bundan sonra da sıx monitorinq ediləcəkdir.

İllik inflyasiya göstəriciləri və proqnozlarının davamlı olaraq azalması halında əvvəlcə pul siyasətinin sərtləşdirilməsi üzrə pauza götürüləcək, sonra isə onun normallaşdırılması, yəni azaldılması imkanları nəzərdən keçiriləcək", - deyə AMB bəyan edib.

Yeni uçot dərəcəsi mayın 4-dən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyunun 21-də ictimaiyyətə açıqlanacaq.

Bir qədər sonra AMB-nin əsas binasında mətbuat konfransı keçiriləcək.