Son Xəbərlər
Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron
Təbiətdə olan müəyyən qida maddələrindən hazırlanmış şirələr, sağlamlıq üçün
Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan
Alimlər "yerli vaxt" konsepsiyasını təklif ediblər. Liderxeber.az
"Brent" markalı etalon neftin bir barelinin qiyməti cümə axşamı 74
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və
COP29 çərçivəsində “EkoSfera” Sosial Ekoloji Mərkəzi uşaqların və gənclərin
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiq edilib.
“Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik”.
banner

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb

26 avq 2024, 09:19
Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazanıb

İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatının son yarış günündə Azərbaycanın sərbəst güləşçiləri 1 gümüş və 1 bürünc medal qazanıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Rəvan Həsənzadə (45 kiloqram) gürcüstanlı Levan Nozadzeyə (tuş), monqolustanlı Oçirxu Badarxa (6:3) və belaruslu Kiril Nikitsikə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Amirabbas Ramezanibazarmahallehə 2:4 hesabıyla məğlub olan Rəvan bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bekzat Amangəldini “tuş”la üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Hüseyn İsmayılov (60 kiloqram) britaniyalı Danuş Jovkara (4:1), iranlı Fərhad Xateriyə (3:2) və ermənistanlı Hayk Avanesyana (4:2) qalib gələrək finala yüksəlib. Son görüşdə qırğızıstanlı Omurbek Uluya 1:5 hesabıyla məğlub olan Hüseyn gümüş medalı boyundan asıb.

Beləliklə, Azərbaycan millisi dünya çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Hüseyn Hüseynovla (55 kiloqram) Muxamad Qantemirov (110 kiloqram) dünya üçüncüsü olub. Yığmamız 77 xalla komanda hesabında ilk “5-liy”i qapayıb.