Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

"Qarabağ" Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb

18 mar 2023, 12:28
"Qarabağ" Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb

Misli Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ın qonağı olan “Qarabağ” 6:0 hesabı ilə qalib gəlib.

LiderXəbər xəbər verir ki, nəticədə Qurban Qurbanovun komandası səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb. Ağdam klubu cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb. Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan Qurbanovun yetirmələri sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”lə görüşdə məğlub olub – 1:3. Rəqib meydanında keçirilən son 23 qarşılaşmada 19 qələbəsi olan “Qarabağ” 4 dəfə heç-heçə edib.

Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb. 1999-2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” mütləq rekordçu idi. “Qarabağ” bu göstəricini 22 ildən sonra təkrarlamağa nail olub. Ağdamlılar növbəti səfər qarşılaşmasında yeni rekord müəyyənləşdirə bilər. (PFL)