Son Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi
ABŞ və İran arasında münaqişənin nizamlanması üzrə memorandum gələn həftənin
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda
Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən DOST Mərkəzində
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Liderxeber.az
İyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya

Mahir Emreli: "Qalatasaray"la oyun üçün motivasiyamız yüksəkdir

16 mar 2023, 16:26
Mahir Emreli: "Qalatasaray"la oyun üçün motivasiyamız yüksəkdir

"Qalatasaray"la oyunda özümü kiməsə göstərmək fikrim yoxdur".

LiderXəbər-in məlumatına görə, bunu "Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray"a qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.

26 yaşlı hücumçu komandasına faydalı olmağa çalışacağını bildirib: "Meydanda doğru olanı etmək lazımdır. Kollektiv şəkildə yaxşı nəticə üçün oynayacağıq".

Forvard güclü kollektivə qarşı mübarizə aparacaqlarını söyləyib: "Rəqib turnir cədvəlinin lideridir və yaxşı formadadırlar. Ardıcıl qazandıqları qələbələr də bunu sübut edir. Uzun müddətdir qələbə qazanmırıq. Amma bu qarşılaşma üçün motivasiyamız yüksəkdir. Onların da bu matça ciddi yanaşdığını anlayırıq. Amma bu, bizi qorxutmur və rəqibdən çəkinmirik. Yaxşı oyun göstərərək nəticə qazanmağa çalışacağıq. Bizim də qələbəyə və azarkeşlərimizi sevindirməyə ehtiyacımız var".

Emreli martın 26-da "Qarabağ" və "Qalatasaray" arasında keçiriləcək xeyriyyə xarakterli yoldaşlıq matçı barədə də danışıb. O, belə qarşılaşmanın baş tutmasına görə çox sevindiyini bildirib: "Xüsusilə Vətən müharibəsi iştirakçısı Murad Hüseynovun arzusunun reallaşması məni sevindirdi. Xeyriyyə oyunu olması isə bir ayrı gözəldir. İnsanlar Türkiyədə baş verənlər üçün çox üzüldülər. Azarkeşlər yardım məqsədi ilə stadionu dolduracaqlar".

2015-2021-ci illərdə "köhlən atlar"ın formasını geyinən forvard "bu matçda meydanda olmağı istədinizmi" sualını belə cavablandırıb: "Bu barədə düşünməmişəm. "Qarabağ" mənim evimdir. Hər zaman onları dəstəkləyirəm".

Qeyd edək ki, martın 17-də oynanılacaq "Konyaspor" - "Qalatasaray" qarşılaşması saat 21:00-da start götürəcək.