Son Xəbərlər
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət
“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdinin
İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını

Namiq Abdullayev istefa verdi

15 mar 2023, 19:42
Namiq Abdullayev istefa verdi

Bu gün Azərbaycan Güləş Federasiyasının ofisində iclas keçirilib.

LiderXəbər federasiyasının saytına istinadən xəbər verir ki, Namiq Abdullayev Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə Azərbaycanda sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb. Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.

AGF rəhbərliyi 2020-ci ilin sentyabr ayından baş məşqçi vəzifəsini yerinə yetirən Namiq Abdullayevə xidmətlərinə və qazanılan uğurlara görə təşəkkürünü bildirib və ona İcraiyyə Komitəsində sərbəst güləşə cavabdeh şəxs kimi fəaliyyətində uğurlar arzulayıb.

Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik edilib.

Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.

AGF rəhbərliyi 2021-ci ilin oktyabr ayından baş məşqçi səlahiyyətlərini icra edən Rövşən Umudova xidmətlərinə və bu vəzifədə qazandığı uğurlara görə təşəkkürünü bildirib. 

Qeyd edilib ki, AGF-nin mütəxəssislə əməkdaşlığı bundan sonra da davam edəcək.