Son Xəbərlər
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə
Bu gün “Son zəng”in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam
“Diplomatik mənbələr Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament
ABŞ Prezidenti Donald Trampın İranla yaxın günlərdə saziş imzalaya biləcəyinə
Yəməndə təhlükəli dırmanış videoları ilə tanınan və sosial şəbəkələrdə
Bu gün Azərbaycanda “Son zəng” günüdür. Liderxeber.az xəbər verir ki, bu il
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və
Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi

AVRO-2024: Bu gün D və C qrupunun oyunları start götürür

16 iyn 2024, 09:38
AVRO-2024: Bu gün D və C qrupunun oyunları start götürür

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha üç görüş keçiriləcək.

Liderxeber.az xəbər verir ki, üçüncü oyun günündə D və C qrupunda oyunlar reallaşacaq.

Günün ilk matçı D qrupunda gerçəkləşəcək. Hamburq şəhərində Polşa və Niderland milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək. C qrupunun ilk görüşü isə Ştutqartda baş tutacaq. Saat 20:00-da başlayacaq oyunda Sloveniya yığması Danimarkanı sınağa çəkəcək.

Günün son qarşılaşması da eyni qrupda oynanılacaq. Helzenkirhen şəhərində, saat 23:00-da start götürəcək matçda Serbiya və İngiltərə seçmələri güclünü ayırd etməyə çalışacaq.

AVRO-2024
D qrupu, I tur

16 iyun

17:00. Polşa - Niderland
Baş hakim: Artur Diaş (Portuqaliya).
Hamburq, “Folksparkştadion” stadionu.

C qrupu, I tur

20:00. Sloveniya - Danimarka

Baş hakim: Sandro Şerer (İsveçrə).

Ştutqart, "MHP Arena" stadionu.

23:00. Serbiya - İngiltərə

Baş hakim: Daniele Orsato (İtaliya).

Helzenkirhen, "Feltins Arena" stadionu.