Son Xəbərlər
“Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki
Xörək duzu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mineraldır. O,
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama
Harvard universitetinin tibb fakültəsində alimlər insanın bioloji yaşını və
Panama millisi ("Los Canaleros", kanaleros - Kanatçılar) Şimali və
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni Konstitusiyanın müddəalarını
Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları
Danimarkanın məşhur oyuncaq istehsalçısı "Lego" şirkəti özünün ən
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə

Bölgələrdə yeni stadionlar tikiləcək

07 mar 2023, 14:00
Bölgələrdə yeni stadionlar tikiləcək

AFFA qarşıdakı illərdə regionlarda daha bir neçə yeni stadion inşa etdirəcək.

LiderXəbər xəbər verir ki, bu haqda AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlama verib.

O qeyd edib ki, 2024-2028-ci illər ərzində bir neçə stadionun inşası nəzərdə tutulub: "Bu haqda qərar İcraiyyə Komitəsinin iclasında qəbul olundu. Hələlik stadion tikiləcək regionlar müəyyənləşməyib. Ona görə də indidən işğaldan azad olunmuş ərazilərin bu siyahıda olub-olmadığını dəqiq deyə bilmərik. Hazırda sırf regionlarla bağlı müəyyən müzakirələr gedir. Lakin bir qeyd edə bilərəm ki, Tərtərdə stadionda tikilməsi barədə demək olar ki, qərar qəbul edilib".

Baş katib "Səbail"in yeni mövsümdən regionda çıxış edə biləcəyi barədə suala cavabında bu məsələnin müzakirə edilmədiyini, eləcə də MOİK klubunun gələcəkdə Tərtərdə məskunlaşacağı haqda xəbərin həqiqəti əks etdirnədiyini bildirib.