Son Xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji əhəmiyyətli
Xalq artisti Ramiz Fətəliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya
Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb
ABŞ Prezidenti Donald Tramp ölkələr arasında son zərbələrlə bağlı İsrail və
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Özbəkistanın Beynəlxalq Türk
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif
İyunun 9-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri
İranın qərb hissəsində yerləşən bütün hava limanlarında uçuşlar dayandırılıb.

“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub

02 iyn 2024, 11:17
“Real Madrid” 15-ci dəfə Çempionlar Liqasının qalibi olub

UEFA Çempionlar Liqasında final oyunu keçirilib.

Liderxeber.az xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı “Uembli”də keçirilmiş görüşdə Almaniyanın Dortmund “Borussiya” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəlib.

Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma “kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 2:0. Matçda hər iki qol ikinci hissədə vurulub. 74-cü dəqiqədə Dani Karvaxal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.

Beləliklə, “Real Madrid” 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti üçün isə bu dördüncü tituldur. Daha öncə italiyalı mütəxəssis 2022/2023 mövsümündə Yürgen Kloppun “Liverpul”unu yenərək “Real Madrid”i 14-cü dəfə çempion edib. Eyni zamanda, o, 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya “Milan”ı ilə də bu titulu əldə edib.