Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Musa Qurbanlıdan “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərə münasibət

26 mar 2024, 12:00
Musa Qurbanlıdan “Qarabağ”a qayıdacağı ilə bağlı xəbərə münasibət

Milli komandamızın hücumçusu Musa Qurbanlı icarə əsasında “Qarabağ”a qayıdacağı barədə yayılan xəbərləri təkzib edib.

LiderXəbər xəbər verir ki, futbolxeber.az saytına açıqlamasında 22 yaşlı forvard hazırda çıxış etdiyi İsveçin “Yurqorden” klubundan tezliklə ayrılmaq barədə düşünmədiyini bildirib: “Belə bir məlumatım yoxdur. Hələ ki “Yurqorden”dəyəm və “Qarabağ”a qayıdacağım barədə heç bir qərar verilməyib. Bu haqda danışığımız olmayıb. Mən “Yurqorden”in futbolçusuyam və bu klubun uğurları üçün çalışıram. “Qarabağ”a qayıtmaq barədə hər hansı bir söhbət olmayıb”.

M.Qurbanlı İsveç klubundakı çətinliklərə hazır olduğunu vurğulayıb: “Mən İsveçə gedəndə bilirdim ki, bu, nağıl deyil, birdən-birə hansısa partlayış olmayacaq. Futbolda belə çətinliklər olur. Hazır idim bu çətinliklərə. Təbii ki, oynamayanda nəinki mənim üçün, ümumiyyətlə hər bir futbolçu üçün psixoloji cəhətdən asan olmur”.

O, hazırda öz şansını gözlədiyini söyləyib: “Fasilə müddətində komandaya yeni futbolçular cəlb olundu. Ola bilər ki, baş məşqçi hazırda yeni transferlərə daha çox şans verir. Mənim işim məşqlərimi edib öz şansımı gözləməkdir”.

Qeyd edək ki, dünən ölkə mətbuatında yayda Musa Qurbanlının “Qarabağ”a qayıdacağı və 2024/25 mövsümünü icarə əsasında Ağdam klubunda keçirəcəyi barədə xəbərlər yayılıb.

Əlavə edək ki, onun “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına kimidir.