Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Leo Messi bu azərbaycanlı ilə işbirliyinə başlayıb

05 mar 2024, 16:35
Leo Messi bu azərbaycanlı ilə işbirliyinə başlayıb

Həmyerlimiz, For Azerbaijan Xeyriyyə təşkilatının sədri Samir Süleymanov dünya şöhrətli futbolçu Leonel Messi ilə birgə təsis etdiyi Join The Planet Fondunun İdarə Heyətinə rəhbərlik edəcək. Fond ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrin maliyyələşdirilməsinə xidmət göstərəcək.

LiderXəbər xəbər verir ki, BƏƏ-də təşkil olunmuş COP28 Sədrliyinin Maliyyə Gündəliyinin layihələndirilməsi və çatdırılması üzrə direktor olmuş Samir Süleymanov bu xəbəri şəxsi linkedin hesabında bildirib.

“Join The Planet (JP) Fondu Leo Messi və digər əfsanələrdən gələn ilhamı davamlı iqtisadiyyatın qurulmasında fərdlərə və icmalara dəstək vermək üçün yaradılmış xüsusi layihədir.

İnteqrasiya edilmiş biznes və xeyriyyəçilik yanaşması iqlimlə mübarizə üçün etibarlı və davamlı maliyyə mənbələrini təmin etmək üçün nəzərdə tutulub”.

Xatırladaq ki, Fondun İdarə Heyətində dünyaca məşhur siyasətçilər, idmançılar və s. tanınmış insanlar var.

Artıq Join The Planet (JP) Fondu rəsmi saytında bu xəbəri təsdiqləyib.

Azadmedia.az xatırladır ki, Samir Süleymanov yeganə azərbaycanlıdır ki, Messi ilə dünya səviyyəli layihənin rəhbəri təyin olunub.