Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

“Buna uçurum kimi baxmırıq” - Qurban Qurbanov

04 mar 2024, 11:10
“Buna uçurum kimi baxmırıq” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb.

LiderXəbər xəbər verir ki, o, qarşılaşma ilə bağlı fikirlərini bildirib:

- “Bayer”lə heyətdə dəyişiklik olacaq?

- Ciddi dəyişiklik görünmür, yenə də analiz edəcəyik.

- Dediniz ki, oyuna ciddi hazırlaşmışıq, bəs, hazırlaşmasaydınız hesab necə olacaqdı?

- 2 qol son dəqiqələrdə oldu. Belə oyunlarda 2:1 və ya 4:1 heç nəyi dəyişmir. Çünki itiriləcək bir şey yoxdur. Künc zərbəsi çox oldu.

- Qarşıdakı turlarda əvəzedici heyətdən futbolçulara şans verəcəksiniz?

- Düşünmürəm, futbolçu öz oyun ritmindən düşməli deyil. Mən demək olar ki, bəzən heyətdə dəyişiklik edirəm ki, onlar tonusda qalsınlar. Hansısa bir oyunçumuzun motivasiyasını azalmağa qoymuram.

- “Bayer”lə əvvəlki oyunlarda hansısa taktiki gedişi sınamaq imkanınız oldu?

- Oyun gedişatında oldu elə epizodlar.

- Rəqib komandanın baş məşqçisinin və azarkeşlərinin sizin qələbənizi alqışlamasına necə yanaşırsınız?

- Mənim həmişə “Neftçi”yə hörmətim olub. Hər kəsə uğurlar arzu edirəm.

- Oyun və turnir cədvəlində ciddi uçurum var. “Qarabağ” olmasaydı, vəziyyət necə olardı?

- Biz ona uçurum kimi baxmayaq, kompakt olmuş komanda kimi baxaq. Qarşıdakı bütün oyunlara ciddi hazırlaşacağıq. Elə oyunlarımız olub ki, gərgin keçib. Çempionat heç də asan deyil. Rəqiblər dinamik oyun qura bilirlər. Biz qətiyyən uçurum kimi baxmarıq.

- Leandro Andradedə qışdan sonra eniş var, bu fikirlə razısız?

- Ola bilər, amma bizim proqramımıza baxsanız, biz futbolçunu idman formasında saxlaya bilirik. Oyunun gedişatına görə dəyişiklik edirik. Onun daha çox oynaması lazımdır, ola bilər hansısa çatışmazlıq olsun, amma potensialı var. Razıyam ki, daha yaxşı oynaya bilər.