Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Xorvat mətbuatı Mahir haqqında yazdı

21 fev 2024, 09:30
Xorvat mətbuatı Mahir haqqında yazdı

“O, vaxtını diskoteka və barlarda keçirməyə üstünlük verir. Nadir hallarda yaxşı oynayır”.

LiderXəbər xəbər verir ki, bu sözləri Xorvatiya mətbuatı Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında yazıb.

Bildirilib ki, futbolçu tənbəllik edərək az hallarda yaxşı oynayır: “O, hər səhər məşqini qaçırır. Daha qol vurmağı dayandırıb. Vaxtını əyləncəyə çox ayırır”.

Azərbaycan millisinin üzvü Mahir Emreli isə bütün bunların yalan olduğunu deyib: “Bu, müsəlmanların spirtli içki istifadə etmədiyini bilməyən polyak jurnalistlərin uydurmasıdır. Hamı bilir ki, mən içmirəm və heç vaxt içməyəcəm. Axşamlar əsasən axşam yeməyinə çıxa bilirəm”.

Yazıda futbolçunun qazandığı keçmiş uğurlara da yer verilib: “Qarabağ”da çıxış etdiyi zamanlarda yaxşı oyunçu olub. O, 185 oyunda 67 qol vurub, 24 məhsuldar ötürmə edib. Son klubu isə Polşa “Legiya”sı olub və burada 33 oyunda 11 qol vurub”.