Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Qarabağın qələbəsi avrokuboklarda həftənin ən böyük sensasiyasıdır LUNYOVUN MENECERİ

16 fev 2024, 17:21
Qarabağın qələbəsi avrokuboklarda həftənin ən böyük sensasiyasıdır LUNYOVUN MENECERİ

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov komandanın UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” üzərində Portuqaliyada qazandığı 4:2 hesablı qələbəni avrokuboklarda həftənin ən böyük sensasiyası adlandırıb.

LiderXəbər xəbər verir ki, agent bu münasibətlə Azərbaycan çempionunu təbrik edib.

O, arxayınlaşmağın komandaya ziyan vuracağını düşünür: “Çünki hər şeyin həll olunacağı cavab matçı var. Yenə də bütün futbol dünyası belə nəticə gözləmirdi. Düşünürəm ki, bu, avrokuboklarda həftənin ən böyük sensasiyasıdır”.

Anton Smirnovun fikrincə, “Qarabağ” ikinci hissədə daha yaxşı oyun sərgiləyib: “Qarabağ” xüsusilə ikinci hissədə heyranedici oyun nümayiş etdirdi. Əks-hücumlarda nümunəvi oyun göstərdi. Matç boyu “Braqa”ya yüz faizlik qol şansı yaratmaq imkanı vermədilər. Buraxılan ilk qol epizodunda özlərinin günahı oldu. Cərimə meydançasında iki zərbəyə imkan verdilər. Avropanın ilk “6-lığ”ında qərarlaşan çempionatda dördüncü pillədə yer alan komanda ilə səfərdə belə qarşılaşma “Qarabağ”ın səviyyəsinin göstəricisidir".

Menecer müştərisinin çıxışına da qiymət verib: “İlk hissədə Andrey bir az əsəbiləşdi və bəzi səhvlərə yol verdi. Ancaq ikinci hissədə toparlandı. Düzgün kökləndi və əsəbilik getdi. Tamamilə qüsursuz oynadı. Nəticədə komandada ən yüksək qiymətlərdən birini aldı”.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.