Son Xəbərlər
Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi Türkiyənin aparıcı
Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin
Alimlər xərçəng əleyhinə preparatları damcı sistemlərindən tabletlərə çevirmək
"Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyətinin ("Bakı Sığorta"
Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də
Azərbaycanın ədliyyə naziri Fərid Turab oğlu Əhmədova III dərəcəli dövlət
COP29 Sədrliyi bəyanat yayıb. Liderxeber.az xəbər verir ki, bəyanatda deyilir:
Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat
banner

Azərbaycan yığması Serbiyadan 7 medalla qayıdır

22 yan 2024, 15:30
Azərbaycan yığması Serbiyadan 7 medalla qayıdır

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər kubokuna yekun vurulub. LiderXəbər xəbər verir ki, Azərbaycan yığması ilin ilk yarışını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandada Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) gənclər arasında qalib adına yiyələnib. Onlar finalda müvafiq olaraq, Ema Andjela Zaja (Xorvatiya), Yekaterina Kornilova və Kira Leonovanı (hər ikisi Rusiya) məğlub ediblər.

Böyüklərin yarışında Aynur Rzayeva (81 kq) həlledici görüşdə xorvatiyalı Lusiya Bilobrka uduzaraq, ikinci yeri tutub.

Digər boksçularımızdan Marjona Savriyeva (50 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) bürünc medala sahib olublar.

Yığmamız bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub. Emili Rzayeva isə öz yaş qrupunda ən yaxşı boksçu nominasiyasının qalibi olub.

Qeyd edək ki, Millətlər kubokunda 10 ölkədən 102 boksçu mübarizə aparıb.