Tomas Müllerdən yeni rekord

03 fev 2023, 15:48
Tomas Müllerdən yeni rekord

"Bavariya"nın hücumçusu Tomas Müller Almaniya kubokunda qələbə rekordçusu olub.

LiderXəbər xəbər verir ki, 33 yaşlı hücumçu bu turnirdə 53 qələbə qazanan yeganə oyunçudur. O, kubokun 1/8 finalında "Maynts”la oyuna (4:0) çıxmaqla bu rekorda nail olub. Müller "Verder"in sabiq yarımmüdafiəçisi Mirko Votavanı geridə qoyub.

Müller Almaniya kubokunda oyunların sayına görə (63) Münhen klubunda Zepp Mayerə məxsus rekordu da təkrarlayıb.