Son Xəbərlər
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı üzərində uçan dörd İran

Məşhur futbolçu A seriyası klubunun baş məşqçisi təyin olunacaq

10 okt 2023, 18:18
Məşhur futbolçu A seriyası klubunun baş məşqçisi təyin olunacaq

Məşhur futbolçu Filippo İnzaqi İtaliya A seriyası klubu “Salernitana”nın baş məşqçisi təyin olunacaq.

LiderXəbər-in məlumatına görə, 50 yaşlı mütəxəssisin bu gün yeni komandası ilə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.

“Salernitana” rəhbərliyi bunu elan etmək üçün hazırkı baş məşqçi Paulu Souzanın istefasını gözləyir. Bununla bağlı portuqaliyalı ilə danışıqlar son mərhələdədir. Souzanın müqaviləsinə gün ərzində qarşılıqlı razılıqla xitam veriləcək. İnzaqi isə mövsümün sonuna qədər komandanın "sükanı arxasında" olacaq.

Qeyd edək ki, “Salernitana” hazırda A seriyasında 19-cu pillədə qərarlaşıb. Filippo İnzaqi son iş yeri olan “Recina”dan avqustda ayrılıb.