Son Xəbərlər
İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xameneinin cənazəsi Məşhəd
İyulun 10-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
Ermənistanın yeni Konstitusiyasının layihəsi 2026-cı ilin sonunadək
Böyük Britaniya iyulun 7-də Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.
Amerika Birləşmiş Ştatları Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından
İraqın Nəcəf şəhərində İmam Əlinin ziyarətgahında olan İran Prezidenti Məsud
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının
Tehran ilə Məşhəd arasında sərnişin qatarlarının hərəkəti dayandırılıb.
Azərbaycanda heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq ediləcək.
Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesi artıq “mygov”

“Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır

09 iyl 2026, 09:37
“Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır.

Liderxeber.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya “Vestri”si ilə ilk oyuna çıxacaq. 

Saat 20:00-da başlayacaq Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Roman Jitar (Moldova) idarə edəcək.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - “Derri Siti”  (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ”  - “Vestri” cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

20:00. “Qarabağ” (Azərbaycan) – “Vestri” (İslandiya).

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova).

VAR: Luka Çibelli (İsveçrə).